Yerri Mina Mançesterə doğru

Sayta qoyulub: 08:35 03.08.2018 (485 dəfə oxunub)

Kolumbiya millisinin müdafiəçisi Yerri Mina Barselonadan getmək üzrədir.

Dnən Mançester Yunayted klubunun nümayəndələrinin Barselıona ilə danışıqları uğurla baş tutub. Futbolçunun özü də İngiltərə klubuna keçməyə razılıq verib.Mançester Yunayted Maquayrın qiymətinin baha olmasına görə diqqətini Minaya yönəltmişdi.

Transferin dəyərinin 30-35 milyon avro olacağı gözlənilir.

Xatırladaq ki, Mina yanvarda Palmeyrasdan 12 milyona alınmışdı. Onunla MY-dan başqa Zenit də ciddi şəkildə maraqlanırdı. Lakin müdafiəçi MY-nın şərəfini qorumağı üstün tutub. Qeyd edək ki, Barselona Lanqleni transfer etdikdən sonra Mina qəti şəkildə Kataloniya klubunu tərk edəcəyini bildirmişdi.



Yerri Mina Mançesterə doğru

XƏBƏR LENTİ