Barselona Vidal üçün 20 milyon ödəyəcək

Sayta qoyulub: 21:34 02.08.2018 (433 dəfə oxunub)

Bavariyanın yarımmüdafiəçisi Arturo Vidlın Barselonaya mümkün keçidinin təfərrüatları məlum olub.

 

Futbolçunun agenti Fernando Feliseviç onu Barsadan başqa Milan və İnterə də təklif edib. Lakin yalnız katalonlar qəti maraq göstəriblər.

 

Barsa rəhbərliyi artıq çilili futbolçunun keçidiylə bağlı ilkin razılğa gəlib.

 

Goal.com-un məlumatına görə Barselona 31 yaşlı xavbek üçün 20 milyon avro ödəyəcək.

 

Vidal yaxın günlərdə Kataloniya paytaxtına gələrək tibbi müayinədən keçəcək.

XƏBƏR LENTİ