"İnter"ə yox, "Barselona"ya keçir

Sayta qoyulub: 20:24 02.08.2018 (258 dəfə oxunub)

“Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal karyerasını “Barselona”da davam etdirə bilər.


 Kataloniya klubu həm çilili futbolçu, həm də klubu ilə razılığa gəlib. İddiaya görə, ispanlar bu keçid üçün Münhen təmsilçisinə 30 milyon avro ödəyəcəklər.


31 yaşlı futbolçunun yaxın günlərdə Barselonaya gedib tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə imza atacağı bildirilir.


Qeyd edək ki, Vidalın adı “İnter”lə hallanırdı. Hətta onun italyan klubuna keçidə razılıq verdiyi söylənilirdi.

 

 

 

"İnter"ə yox, "Barselona"ya keçir

 

 

 

 

qol.az

XƏBƏR LENTİ