Peres:"Modriçi transfer etməyin yeganə yolu 750 milyon avro ödəməkdir"

Sayta qoyulub: 20:21 02.08.2018 (233 dəfə oxunub)

Realın prezidenti Luka Modriçi heç yerə satmayacaqlarını bildirib.

 

Həm klub rəhbərliyi , həm də futbolçunun nümayəndələri 32 yaşlı futbolçunun gedişinin mümkünsüzlüyünü bəyan ediblər.

 

Real İnterin hədəfə çevirdiyi futbolçuyla bağlı təklifləri nəzərdən belə keçirməyəcək.

 

«Modriçi almağın yeganə yolu  – 750 milyon avro ödəməkdir», – deyə Peres qeyd edib.

 

Futbolçunun özünü də Madriddə hər şey qane edir. Gələn həftə o, məşqlərə qayıdaraq Atletiko ilə superkubok oyununa hazırlaşacaq.

XƏBƏR LENTİ