9-na qədər Çelsi qapıçı ala bilməsə Kurtuanı Reala buraxmayacaq

Sayta qoyulub: 14:44 02.08.2018 (168 dəfə oxunub)

Çelsinin qapıçısı Tibo Kurtuanın Reala transferi baş tutmaya bilər.

 

Klublar qapıçının keçidini 35 milyon avroya razılaşdırıb. Lakin londonlular əvəz tapmayacaqları təqdirdə onu buraxmayacaqlar.

 

İngiltərədə transfer pəncərəsi avqustun 9-da bağlanır. Buna görə də Çelsinin yalnız 1 həftəsi qalıb.

 

Kurtuanın özü Reala keçmək fikrindədir. Lakin əvəz tapılmayacağı halında müqavilsənin sonuna qədər , yəni gələn yaya qədər Çelsidə qalacaq.

XƏBƏR LENTİ