"Qarabağ"ın rəqibi futbolçusunu icarəyə verib

Sayta qoyulub: 14:38 02.08.2018 (141 dəfə oxunub)

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Belarusun BATE klubu futbolçusu Anton Belezyakı icarəyə verib. 

20 yaşlı gənc yarımmüdafiəçi mövsümün sonuna kimi Belarusun "Sputnik" komandasında çıxış edəcək. 

Qeyd edək ki, "Qarabağ" və BATE komandaları arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq.

 

 

"Qarabağ"ın rəqibi futbolçusunu icarəyə verib

 

 

 

"Report" 

XƏBƏR LENTİ