Playoff-da Qarabağın rəqibi kim ola bilər.Artıq səbətlər məlumdur

Sayta qoyulub: 10:01 02.08.2018 (907 dəfə oxunub)

Playoff-da Qarabağın rəqibi kim ola bilər.Artıq səbətlər məlumdur

 

Qarabağın 3-cü təsnifat mərhələsində rəqibi Belarusun BATE komandası olacaq. Borisov klubu ilə qarşılaşmalar avqustun 7-də Bakıda və 14-də Belarusda keçiriləcək.

 

Bazar ertəsi avqustun 6-da isə artıq playoff mərhələsinin püşkü atılacaq.Qaydalara əsasən UEFA komandaları reytinqə görə səbətlərə ayıracaq. Artıq səbətlər də məlumdur. Belə ki, nə BATE-nin , nə də Qarabağın reytinqi 1-ci səbətə düşməyə imkan vermir. Bu səbəbdən də cütün qalibi 2-ci səbəbtdədir. 

 

Potensial rəqiblər isə aşağıdakı cütlüklərdən biri olacaq:


Seltik-AEK

Salsburq-Şkendija

Astana-Dinamo Zaqreb və bir də playoff-dan mübarizəyə qatılacaq PSV Eyndhoven komandası


Göründüyü kimi bu Qazaxıstanın Astana komandası Qarabağa playoff mərhələsində rəqib ola bilər. Xatırladaq ki, komandanın baş məşqçisi Roman Qriqorçukdur , heyətdə isə millimizin üzvü Almeyda var.

 

Liqa yolunda isə artıq demək olar ki, hər şey məlumdur. Standard-Ayaks cütünün qalibi Slaviya-Dinamo Kiyev görüşünün qalibi ilə üz-üzə gələcək. Benfika-Fənərbağça cütünün qalibini isə PAOK-Spartak oyunlarının triumfatoru gözləyir.

 

 

Çempionlar yolu
Celtic    AEK Athens 8 Avqust 14 Avqust
Red Bull Salzburg    Shkëndija 8 Avqust 14 Avqust
Red Star Belgrade    Spartak Trnava 7 Avqust 14 Avqust
Qarabağ    BATE Borisov 7 Avqust 14 Avqust
Astana    Dinamo Zagreb 7 Avqust 14 Avqust
Malmö FF    MOL Vidi 7 Avqust 14 Avqust

 

Liqa yolu

      1-ci oyun 2-ci oyun
 
Standard Liège    Ajax 7 Avqust 14 Avqust
Benfica    Fenerbahçe 7 Avqust 14 Avqust
Slavia Prague    Dynamo Kyiv 7 Avqust 14 Avqust
PAOK    Spartak Moscow 8 Avqust 14 Avqust

 

XƏBƏR LENTİ