Renault Okonla danışıqlara başlayıb

Sayta qoyulub: 07:59 02.08.2018 (124 dəfə oxunub)

Renault komandası 2019-cu il üçün Esteban Okonu transfer etmək istədiyini bildirib.

F-1.az xatırladır ki, Sayns fransız komandasına birillik icarə əsasında gəlmişdi. Buna görə də Renault komandası ispaniyalı sürücünün ayrılma ehtimalına görə Okonla maraqlanır.

Siril Abitebul: “Hələ qərar verməmişik. Bir neçə alternativimiz var. Bunlardan biri Karlosun bizimlə qalmasıdır, amma hər şey Red Bull-un əlindədir. Biz əvvəlcə Okonun menecerləri ilə, sonra isə Toto Volffla danışıqlar apardıq. Yay tətilində də danışıqlar davam edəcək. Bu, Karlosa da aiddir. Belçika yarışına qədər qərar verəcəyik”.

XƏBƏR LENTİ