F.Alonso Vandornu müdafiə edib

Sayta qoyulub: 07:54 02.08.2018 (119 dəfə oxunub)

McLaren komandasının sürücüsü Fernando Alonso komanda yoldaşı Stoffel Vandornu dəstəkləyib.

F-1.az xatırladır ki, belçikalı sürücü bu il arxada qalan bütün sıralanma turlarında Alonsodan geri qalıb. İspaniyalı sürücü 44 xal topladığı halda, Vandornun cəmi 8 xalı var.

AMuS iddia edir ki, Vandornun menecerləri Hokkenhaymda Sauber komandasının motorhoumunda olublar.

Fernando Alonso: “Əvvəlki komanda yoldaşlarım Stoffeldən çox geridə idilər. 2014-cü ildə Kimi hər sıralanmada 0.6-0.7 saniyə geridə qalırdı. İndi fərq azdır. Stoffeli tənqid etmək üçün səbəb yoxdur. İnsanlar ona zaman verməlidirlər”.

XƏBƏR LENTİ