Tahir Gözəl: "Çempionlar Liqasında belə bir oyuna həsrət qalmışdım"

Sayta qoyulub: 07:46 02.08.2018 (187 dəfə oxunub)

"Bu oyun tamam başqa idi. Çempionlar Liqasında belə bir oyuna həsrət qalmışdım. Biz "Qarabağ”dan belə oyun və həyəcan gözləyirdik. Bu o demək deyil ki, yolun axırı budur. Gərək çox inkişaf edək. Komandaya çox gözəl oyunçular gəlib. Emeqara yenə komandaya qoşulub. İnanıram ki, Delarj və Emeqara oyundan-oyuna kollektivə daha da uyğunlaşacaqlar. Oyundan çox razı qaldım. Möhtəşəm oyun idi. Başda ölkə başçısı olmaqla, Azərbaycan xalqını təbrik edirəm. Biz bu stadiondan qürurla çıxdıq."

Bunu "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl komandanın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Albaniya "Kukesi"sini 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komandanın növbəti rəqibi Belarusun BATE klubudur. Həmin komandanın Avropada yetərincə təcrübəsi var. Həmin oyun barədə nə deyə bilərsiniz? "Qarabağ”ı yenidən Çempionlar Liqasının qurupunda görə biləcəyikmi?

- Belarusla çox sərt oynayırlar. İntizamlı komandadırlar. Bu günkü "Qarabağ” məni çox ümidləndirib. Sloveniyadakı "Qarabağ”dan fərqli komanda izlədik. Əminəm ki, siz də mənimlə razısınız. Komandada möhtəşəm enerji gördüm. Bu bizə əlavə motivasiya verdi. Bu motivasiya bizə lazım idi. Bir qolu da vura bilmədik. Hesab edirəm ki, birinci oyunun evdə olması əlavə motivasiyadır. Bu yaxşı haldır. Mən komandaya inanıram. Delarjı növbəti oyunlarda daha da aktiv görmək istəyirəm. Növbəti oyunlara hazırıq.

- Yeni transferləri Çempionlar Liqasının qurupuna düşmək üçün yetərli sayırsınızmı?

- Bəli. Mən hesab edirəm ki, bu günkü vəziyyətdə normaldır. Qurban Qurbanovun siyasəti düzgündür. O futbolçuları çətin seçir. Həmişə "Qarabağ”a uyğun oyunçuları komandaya cəlb edir. Bu işə məsuliyyətlə yanaşır. Bu günkü oyunu sərgiləyə bilsək, çox irəli gedəcəyik.

- Azərbaycana səfəriniz "Qarabağ”ın oyunu ilə bağlı idi?

- Bəli. Ancaq buna görə gəlmişəm. Bir az Bakıda qalacağam. Sonra geri dönəcəyəm.

- "Qarabağ”ı Almeydasız görmək çətindirmi?

- Büdcəsi böyük olan klubların 4-5 əsas futbolçusu olur. Amma bizim imkanlarımız məhtuddur. Riçard kimi futbolçuları Azərbaycana gətirmək çətindir. Klubun büdcəsi buna icazə vermir. Bir futbolçu gedəndə klub özünə gəlməyə çalışır. Təzə oyunçunun komandaya uyğunlaşmağa vaxtı az olur. Təzə gələn "Qarabağ”ın sistemini bilmir və bu futbolçularla oynamayıb. Ona görə də çətin olur. Hesab edirəm ki, bir oyunçuya bağlanmaq da düzgün deyil. Hər hansı oyunçu deyirsə ki, bu məbləği verməsəniz mən gedəcəm. "Qarabağ” onunlar vidalaşmalıdır. Digər futbolçular da görməlidir ki, komandamız bir futbolçudan asılı deyil. Mən yaxşı əhval-ruhiyyə ilə buradan ayrılıram. İnanıram ki, Belarus komandasına qarşı da yaxşı çıxış edəcəyik.

 

 

 

 

 

report

XƏBƏR LENTİ