V.Bottas Toto ilə danışmayıb

Sayta qoyulub: 07:44 02.08.2018 (116 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Toto Volffun dediyi köməkçi sözünün üstünə düşmək istəmir.

F-1.az xatırladır ki, Bottas sonuncu Macarıstan yarışında Fetteli 20 dövrədən çox gerisində saxlayaraq, Həmiltonun qələbəsinə şərait yaratmışdı. Bu yarışdan sonra Volff sürücüsü barədə köməkçi demiş və finlandiyalı sürücü buna görə incimişdi.

Valtteri Bottas: “Toto ilə dediyi “yaxşı köməkçi” sözünə görə danışmaq istəmədim. Lazım deyil. Yarışımdan və aldığım nəticədən razı deyiləm. Sadəcə mənfi tərəfləri görürəm. Nə demək istədiyini bilirəm. Eyni vəziyyətdə Lyuis üçün də bu sözləri deyərdi. Bərabər şəraitdə yarşırıq və komandaya inanıram. Yaxşı nəticələr gələcək”.

XƏBƏR LENTİ