ÇL-də ikinci təsnifat mərhələsinə yekun vuruldu

Sayta qoyulub: 07:41 02.08.2018 (180 dəfə oxunub)

Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulub. 

İkinci oyun günündə 9 qarşılaşma keçirilib

Azərbaycanlı futbolsevərlərin diqqəti “Qarabağ” - “Kukesi” oyununa yönəlib. İlk matçda səfərdə qolsuz bərabərliyə razılaşan çempionumuz 3:0 hesablı qələbə sayəsində mərhələni adlayıb. 

Ağdam klubu üçüncü təsnifat mərhələsində potensial rəqibləri olan HİK və BATE-nin Finaldiiyadakı qarşılaşmasında isə Belarus klubu 2:1  hhesablı qələbə qazanıb. Mərhələni adlyana borisovlular "Qarabağ"a rəqib olub.



Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunları

 

1 avqust

20:00. HİK (Helsinki) - BATE (Belarus) - 1:2
İlk oyun - 0:0
Qollar: Moştaq Yaqubi, 28 - Rafinya, 20-avtoqol, İqor Staseviç, 24

21:00. "Mityulland" (Danimarka) - "Astana" (Qazaxıstan) - 0:0
İlk oyun - 1:2

21:00. "Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya) - 3:0
İlk oyun - 0:0
Qollar: Dani Kintana, 24-pen. 57-pen. Con Delarj, 89

21:15. "Malmö" (İsveç) - "ÇFR Kluj" (Rumıniya) - 1:1
İlk oyun - 1:0
Qollar: Arnor İnqvi Traustason, 55 - Damyan Cokoviç, 36

21:30. "Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya) - 0:2
İlk oyun - 0:3
Qollar: Əl-Fardu Ben Nabuhan, 8. Nemanya Radonyiç, 38 

22:00. "Bazel" (İsveçrə) - PAOK (Yunanıstan) - 0:3
İlk oyun - 1:2
Qollar: Fernando Varela, 7. Aleksandar Priyoviç, 52. Omar Əl-Kadduri, 60

22:00. "Videoton" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) - 1:0
İlk oyun - 0:0
Qol: Anel Haciç, 45

22:30. "Şturm" (Avstriya) - "Ayaks" (Hollandiya) - 1:3
İlk oyun - 0:2
Qollar: Andre Onana, 89-avtoqol, -  Klaas-Yan Huntelaar, 39, 77. Duşan Tadiç, 48

23:00. "Rusenburq" (Norveç) - "Seltik" (Şotlandiya) - 0:0
İlk oyun - 1:3



31 iyul 

“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Zaqreb, Xorvatiya) 2:2
İlk oyun - 0:5

“Şerif” (Moldova) - “Şkendiya” (Makedoniya) 0:0
İlk oyun - 0:1

"Spartak” (Trnava, Slovakiya) - “Legiya” (Varşava, Polşa) 0:1
İlk oyun – 2:0

 

 

 

ÇL-də ikinci təsnifat mərhələsinə yekun vuruldu

qol.az

XƏBƏR LENTİ