"Barselona" Pol Poqbanı transfer etmək istəyir

Sayta qoyulub: 19:14 01.08.2018 (176 dəfə oxunub)

İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"in futbolçusu Pol Poqba ilə danışıqlar aparır.

25 yaşlı fransalı yarımmüdafiəçi Kataloniya təmsilçisinin texniki direktoru Erik Abidal ilə görüşüb.

Bildirilir ki, oyunçu İngiltərə klubunu tərk etmək istəyir və "Barselona" ilə müqavilə imzalamağa hazırdır.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında İtaliya "Yuventus"undan  "Mançester Yunayted"ə keçib. Onun klubu ilə 2021-ci ilədək müqaviləsi var. 

 

"Barselona" Pol Poqbanı transfer etmək istəyir

 

 

report.az

XƏBƏR LENTİ