“Barselona”lı futbolçu rəsmən “Everton”da

Sayta qoyulub: 12:00 01.08.2018 (242 dəfə oxunub)

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Premyer Liqa təmsilçisi “Barselona”nın fransız müdafiəçisi Luka Dini transfer edib. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

 

Liverpul təmsilçisi bu transferə görə kataloniyalılara 18 milyon funt-sterlinq ödəyib. Din yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

 

Luka Din Kataloniya təmsilçisinə 2016-cı ildə PSJ klubundan transfer edilmişdi. O, daha öncə İtaliyanın “Roma” klubunda da forma geyinib. 25 yaşlı müdafiəçi Fransa yığmasında 20-dən çox oyuna çıxıb.

 

 

 

 

“Barselona”lı futbolçu rəsmən “Everton”da

 

 

 

 

Sport24.az 

XƏBƏR LENTİ