10 yaşlı amerikalı uşaq Maykl Felpsin rekordunu yenilədi

Sayta qoyulub: 10:26 01.08.2018 (235 dəfə oxunub)

ABŞ-dan olan 10 yaşlı üzgüçü 1995-ci ildən bəri Maykl Felpsə məxsus olan yerli çempionatın rekordunu təzələyib.



Kaliforniyada keçirilən yarışda Kent batterflay üsulu ilə 100 metr məsafəni 1 dəqiqə 9,38 saniyəyə qət edib. 23 ildir ki, Felpsə məxsus olan bu rekord təqribən 1saniyə yaxşılaşdırılıb.



4 ildir ki, üzgüçülüklə məşğul olmasına baxmayaraq uşağın məşqçisi Dia Riana Kentin həmyaşlarından seçildiyini bildirib.

 

Xatırladaq ki, Maykl Felps bütün Olimpiya tarixinin medal və qızıl medallarına görə rekordçusudur.

XƏBƏR LENTİ