Milan heç cür İquaini razı sala bilmir

Sayta qoyulub: 09:44 01.08.2018 (289 dəfə oxunub)

Milan hələlik Qonsalo İquainin transferində razılıq əldə edə bilmir.

 

Dünən çıxan məlumata görə klublar forvardın Milana keçməsi yolunda və Leonardo Bonuççinin Turinə qayıtmasında razılıq əldə edib. 

 

Dünənki danışıqlar gecə vaxtı uğurla başa çatıb. Yuventus və Milan hər şeyi xırda detallarına qədər razılaşdırıb. 

 

Lakin 30 yaşlı hücumçu Milana icarə əsasında keçməyə razı olmayıb. O , transferin tam həyata keçirilməsini tələb edir.

 

Bundan başqa Qonsalo illik 9 milyon avro məvacib istəyir. Milan isə yalnız 7,5 milyon avro ödəməyə hazırdır.

 

Milandan futbolçunu Çelsi ələ keçirə bilər. Belə ki, Maurisio Sarri Napolidən yaxşı tanıdığı forvardı Çelsidə görmək istəyir.

XƏBƏR LENTİ