Azərbaycan Avropa çempionatında 10 sərbəst güləşçi ilə təmsil olunacaq

Sayta qoyulub: 07:34 01.08.2018 (168 dəfə oxunub)

İtaliyanın paytaxtı Romada keçirilən gənclərin Avropa çempionatı üçün sərbəst güləş üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında çempionatda iştirak edəcək komandanın heyətində 10 idmançı yer alıb.

Çempionatda Azərbaycanı Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmoyev (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edəcək.

Qeyd edək ki, sərbəst güləşçilər 3-5 avqustda mübarizə aparacaqlar.

 

Azərbaycan Avropa çempionatında 10 sərbəst güləşçi ilə təmsil olunacaq

 

 

XƏBƏR LENTİ