Məmmədyarov Bildəki turnirdə Karlseni məğlub edərək, vaxtından əvvəl çempion olub

Sayta qoyulub: 07:32 01.08.2018 (200 dəfə oxunub)

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən ənənəvi beynəlxalq superturnirin qalibi adını qazanıb.

 33 yaşlı qrossmeyster buna norveçli Dünya çempionu Maqnus Karlseni üzərində qələbə sayəsində nail olub. Xallarını 7-yə yüksəldən Məmmədyarov sona bir tur qalmış ən yaxın izləyicisini 2 xal geridə qoyub.

Turnir cədvəli belədir: Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5) .

Yarışın son turu avqustun 1-də keçiriləcək.

 

Məmmədyarov Bildəki turnirdə Karlseni məğlub edərək, vaxtından əvvəl çempion olub

 

 

 

"Report" 

XƏBƏR LENTİ