Williams peyk komandası olacaq?

Sayta qoyulub: 07:32 01.08.2018 (134 dəfə oxunub)

Williams komandası 2019-cu ildə Mercedes-in törəmə komandası olmaq üçün addımlar ata bilər.

F-1.az xatırladır ki, Britaniya komandası bu il 12 yarışda cəmi 4 xal toplaya bilib. Amma tarixi komandanın yenidən dirçəlməsində Mercedes önəmli rol oynaya bilər. Bu barədə Mercedes Motorsport-un rəhbəri Toto Volff belə deyib: “Ferrari-Sauber modelinə bənzər tərəfdaşlıq rəqabətədavamlı olmaq üçün vacib addımdır”.

AMuS-dan Mixael Şmidt isə bildirib ki, pərdə arxasında danışıqlar gedir: “Gələn ildən etibarən Williams komandası Mercedes-in ötürmələr qutusundan və arxa asılqanlarından istifadə edəcək”.

XƏBƏR LENTİ