Belçika millisinin üzvü “Borussiya”da

Sayta qoyulub: 18:28 31.07.2018 (242 dəfə oxunub)

 

Belçika millisinin üzvü “Borussiya”da

Belçika millisinin üzvü Aksel Vitsel karyerasını yenidən Avropada davam etdirəcək. Almaniya mətbuatının istinadən yaydığı xəbərə görə, 29 yaşlı futbolçu Dortmund “Borussiya”yasında çıxış edəcək. Tibbi müayinədən uğurla keçən yarımmüdafiəçi ilə yaxın vaxtlarda rəsmi müqavilə bağlanacaq. “Borussiya”nın bu keçidə görə Çinin “Tyançzin Çyuançzyan” klubuna 20 milyon avro ödəyəcəyi bildirilib.

 

Qeyd edək ki, Vitsel 2017-ci ilin yayından Çində çıxış edir.

 

XƏBƏR LENTİ