Tural Rzayev Litvanın “A” liqasında çıxış edəcək

Sayta qoyulub: 14:21 31.07.2018 (329 dəfə oxunub)

Tural Rzayev Litvanın “A” liqasında çıxış edəcək

Yonava şəhərinin eyni adlı komandası həmyerlimizlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Litva çempionatında ilk mərhələnin başa çatmasına 9 tur qalmış, uğursuz nəticələri ilə yadda qalan “Yonava” klubunun rəhbərliyində ciddi dəyişikliklər olub. Qarşıdakı turlarda komandanın xallarının sayını artıraraq aşağı pillələrdən qurtulmaq və Çempionatın altılıq mərhələsində daha yüksək yerlər uğrunda mübarizə aparmaq imaknı var. Qaydalara əsasən 4 dövrədən sonra ilk 6 yerin sahibi çempionluq uğrunda mübarizəni davam etdirəcək. Dünya çempionatı ilə əlaqədar yaranmış fasilədən maksimum yaralanan yeni rəhbərlik Azərbaycandan növbəti transferini edib. Ötən mövsüm Gəncənin “Kəpəz” klubunda çıxış edən Tural Rzayev birbaşa müqavilə ilə “Yanova” klubunun sıralarına qoşulub. Rzayev yeni klubunda “Kəpəz”də olduğu kimi, 10 nömrəli forma ilə çıxış edəcək. Qeyd edək ki, Tural Rzayevlə yanaşı Litva klubu, yay fasiləsində daha 3 legioner də transfer edib. Bir vaxtlar Rusiyanın “Torpedo” və “Krilya Sovetov” kimi komandaların şərəfini qorumuş kanadalı Di Chiara Joseph və fransalı Emi Mohammedlə yanaşı daha bir həmyerlimiz Kamran Quliyev də “Yanova”nı çətin vəziyyətdən çıxarmağa çalışacaqlar. Komanda fasilədən sonra ilk oyununu üçüncü pillədə qərarlaşmış “Strubras” klubuna qarşı keçirəcək. Matç Avqustun 4-ü Yanova şəhərindəki Mərkəzi arenada oynanılacaq. Xatırladaq ki, “Yanova” komandası ötən mövsüm Litvanın “A” liqasını 4-cü pillədə başa vurub.

XƏBƏR LENTİ