"Heç kim bizə belə şillə vurmamışdı" Ser Aleks Ferqyuson

Sayta qoyulub: 07:23 27.07.2018 (968 dəfə oxunub)

"Heç kim bizə belə şillə vurmamışdı, amma onlar bunu haqq edirlər. Futbolun doğrularını oynayıb, gördükləri işdən zövq alırlar. Paslaşmaqla rəqibi hipnoz edirlər. Bu arada, Messini heç cür dayandıra bilmədim. Məşqçilik karyeram ərzində qarşılaşdığım ən yaxşı komanda idi" - 2011-ci ildə oynanılan Çempionlar Liqası finalından sonra Ser Aleks Ferqyuson.

Həmişə özlüyümdə "Yunayted"in hər iki finalda "Barça"ya qarşı niyə qapanmadığını düşünüb, seçimlərinə anlam verə bilməzdim. Bəs Ser Aleks Ferqyuson bu barədə nə fikirləşirdi?

"Təməlini atdığım "Mançester Yunayted" heyətlərinin qarşısına çıxan ən yaxşı komanda açıq-aşkar "Barselona" idi. Onlar oyuna düzgün zehniyyət gətirmişdilər. Ölkəmizdə Patrik Vieyra, Roy Kin, Brayan Robson kimi orta sahə oyunçuları var idi. Hamısı güclü, döyüşkən, qazanmağı arzulayan insanlar idilər. "Barselona" isə 1.68-lik o möhtəşəm balaca adamlara sahib idi. Boylarına baxmayın, aslan kimi cəsur olmaqla yanaşı, hər zaman topun sahibi idilər və heç vaxt əzilmələrinə izin verməzdilər. Lionel Messi, Şavi və Andres İnyestanın etdiklərini təəccüblə izləyərdim.

2011-ci ildə "Uembli"də oynanılan Çempionlar Liqası finalında bizi məğlub edən "Barselona" iki il öncə "Roma"da uduzduğumuz komandadan daha üstün idi. 2011-ci ilin "Barça"sı gücünün zirvəsində idi və gördükləri iş daha yetkin forma almışdı. Hər iki finalda da həqiqətən daha yaxşı komanda olmağımıza baxmayaraq, bizdən daha yaxşı komandanın önünə çıxdığımızına dair reallığı sonradan qəbul etmək məcburiyyətində qalmışdım. Romadakı finalı bir gün sonra təkrar oynamaq istərdim. Roma Olimpiya stadionunda əla atmosfer var idi, ancaq mən Avropada oynadığım finallarda ilk dəfə məğlub olmuşdum. Daha yaxşı oynamaq bacarığında olduğumuzu bildiyim üçün ikincilik medalını boyundan asmaq iztirab verirdi.

Həmin "Barselona" ilə oynamağın ilk şərti cəsur olmaqdan ibarət idi. Necə "Real" 1950-lər və 60-ların, "Milan" isə 90-ların əvvəllərinin komandası idisə, onlar da öz dövrləri üçün eyni şey idilər. Messi ətrafında toplanmış, dünyaca məşhur ulduzlardan ibarət möhtəşəm komandaya sahib idilər. O böyük komandanı heç vaxt qısqanmamışam. Hə, məğlub olduqdan sonra peşman olmuşdum, ancaq qısqanclıqdan əsla söhbət gedə bilməz. Hər ikİ Avropa finalında müdafiəyə daha çox üstünlük verərək İspaniyanın ən yaxşı komandasını məğlub edə bilərdik. Ancaq həmin ərəfədə "Mançester Yunayted"in o formada qalib gəlməsini özümüzə yaraşdırmadığımız bir mərhələyə qədəm qoymuşduq.

2008-ci ilin yarımfinalında "Barselona"nı məğlub edəndə müdafiəyə meyilli taktikaya üstünlük vermişdim. Həqiqətən də kompakt şəkildə müdafiə olunaraq həm özümüzə, həm də azarkeşlərə cəhənnəm əzabı yaşatmışdıq. Sonrakı matçlarda artıq onlara qarşı daha pozitiv yanaşma nümayiş etdirmək niyyətində idim. Uduzmağımızda qismən bu dəyişikliyin də payı var idi. Cərimə meydançamıza qapanıb, hamılıqla müdafiə olunaraq istədiyimiz nəticələri əldə edə bilərdik. Özümü günahlandırmıram, sadəcə, kaş pozitiv yanaşmamız daha yaxşı nəticələr verəydi deyə düşünürəm" - SAF ("Managing My Life")

 

"Heç kim bizə belə şillə vurmamışdı" Ser Aleks Ferqyuson

 

Rüfət Məcid

XƏBƏR LENTİ