Ruslan Abışov Budapeştdə zədəli gedib

Sayta qoyulub: 13:55 20.07.2018 (285 dəfə oxunub)

 
Ruslan Abışov Budapeştdə zədəli gedib

"Neftçi"nin kapitanı Ruslan Abışovun "Uypeşt"lə oyunda aldığı ağır zədədən məlumatlısınız.

 Sən demə Ruslanın zədəsi heç də yeni deyilmiş. Kapitan Budapeştdə ciddi zədə ilə gedibmiş. Belə ki, hələ Bakıda olarkən dizindəki ağrılardan həkimə müraciət edib. İlkin müayinədən sonra həkimlər kapitana durumun ciddi olduğunu deyiblər və ona Macarıstanda meydançaya çıxmağı qadağan ediblər. Yəni deyiblər ki, oyun zamanı adi toqquşma belə ona baha başa gələ bilər. Sual doğuran məqam odur ki, vəziyyət bu qədər ciddi ola-ola Ruslanı kim məcbur edib ki, oyuna çıxsın?

XƏBƏR LENTİ