Bordin "Neftçi"dən göndərilə bilər

Sayta qoyulub: 13:53 20.07.2018 (253 dəfə oxunub)

 

Bordin "Neftçi"dən göndərilə bilər

“Neftçi” yenicə baş məşqçi vəzifəsinə gətirdiyi Roberto Bordinlə yollarını ayıra bilər. Bu barədə İtaliya mətbuatı xəbər yayıb. “Tuttomercatoweb.com” saytı yazıb ki, komandanın Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda səfərdə “Uypeşt”ə biabırçı hesabla uduzması klub rəhbərliyini narazı salıb: “Bordinin “Neftçi” macərası çempionat başlamadan bitə bilər. Çünki Macarıstandakı böyük hesablı məğlubiyyət klub rəhbərliyinin narazılığına səbəb olub. Demək olar ki, bu məğlubiyyət Bordinin kreslosunu laxlatdı”.

 

Qeyd edək ki, “Neftçi” Bakıda qazandığı 3:1 hesablı qələbənin revanşında səfərdə “Uypeşt”də 0:4 hesabı ilə uduzaraq, Avroliqaya birinci təsnifat mərhələsindəndən vida edib.

 

XƏBƏR LENTİ