"Qarabağ"ın albaniyalı futbolçusu "Kukesi"dən danışdı

Sayta qoyulub: 13:50 20.07.2018 (187 dəfə oxunub)

"Qarabağ"ın albaniyalı futbolçusu "Kukesi"dən danışdı
 

"Albaniyaya təxminən 10 ildən sonra klub səviyyəsində tunirdə oynamaq üçün qayıdacam. Hesab edirəm ki, bu mərhələdə asan komanda  yoxdu". Bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib. Albaniyalı müdafiəçi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Kukesi" haqda danışıb. Təcrübəli futbolçu Albaniya klubunun gücünə bələd olduğunu bildirib: "Çempionlar Liqasının seçmə oyunları fərqli bir xüsusiyyətə malikdir. Milli çempionat oyunları kimi deyil. İki oyun - 180 dəqiqə maksimum diqqətli olmalısan ki, mümkün qədər az səhv edəsən. "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadır. Üç il əvvəl bu turnirdə etdiklərini xatırlayıram. Onlar pley-offa yüksəlmişdilər".

Aqolli Albaniya səfəri öncəsi ölkəsindən yalnız anası ilə danışdığını əlavə edib: "Heç kimlə danışmamamışam. Əlaqə saxladığım bircə anamdır. Hansı ki, Albaniyaya gedəcəyim üçün çox xoşbəxtdi".

XƏBƏR LENTİ