"Qəbələ" də Avroliqa ilə vidalaşdı

Sayta qoyulub: 08:43 20.07.2018 (170 dəfə oxunub)

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq. Təmsilçilərimizdən “Qəbələ” də mərhələnin cavab oyununa çıxıb. Sənan Qurbanovun komandası Lüksemburqda “Proqres”in qonağı olub. Qəbələdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa və mərhələni adlamağa çalışıb. "Qəbələ" 1:0 hesablı qələbə qazansa da, bu nəticə təmsilçimizin mərhələ adlaması üçün kifayət etməyib. Beləliklə, "Keşlə"nin ardından "Qəbələ" də Avroliqa ilə erkən vidalaşıb.

19 iyul
Avropa Liqası

1-ci təsnifat mərəhləsinin cavab oyunu


21:30.“Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan) - 0:1
Qol: 
Monroz, 28
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 79 ("Qəbələ")
İlk oyun – 2:0
Baş hakim
: Keyt Kennedi (Şimali İrlandiya)
Differdanj. Şəhər Munisipal stadionu

XƏBƏR LENTİ