Azərbaycan velosipedçisi “Dentergem” turunun qalibi olub

Sayta qoyulub: 15:04 19.07.2018 (128 dəfə oxunub)

Azərbaycanın şosse velosipedi üzrə Elit yığmasının və “Baku Cycling Project” kontinental komandasının üzvü Kiril Pozdnyakov Belçikada keçirilən nüfuzlu “Dentergem” turunun qalibi olub.

169,6 km-dən ibarət olan və 110 velosipedçinin iştirak etdiyi birgünlük yarış Pozdnyakovun solo-finişi ilə yadda qalıb.

Ötən ay Azərbaycan çempionatının qalibi olmuş idmançı çempion köynəyi ilə mübarizə apardığı ilk yarışda məsafəni 3 saat 45 dəqiqə 30 saniyəyə başa vurub. O, ən yaxın izləyicisini 11 saniyə qabaqlayıb.

Qeyd edək ki, 1954-cü ildən təşkil edilən “Dentergem” turu Belçikanın ən nüfuzlu yarışlarından sayılır. Müxtəlif illərdə planetin ən güclü velosipedçiləri bu yarışın qalib və mükafatçısı olub.

 

 

 

 

Azərbaycan velosipedçisi “Dentergem” turunun qalibi olub

 

 

 

“Report” 

XƏBƏR LENTİ