Azərbaycanlı hakim Avropa çempionatının Hollandiya-Almaniya matçına təyinat alıb

Sayta qoyulub: 15:01 19.07.2018 (135 dəfə oxunub)

Azərbaycanlı hakim Xəyalə Əzizzadə İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında növbəti təyinatını alıb.

Beynəlxalq dərəcəli hakim B qrupunun Hollandiya-Almaniya matçında yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi xorvatiyalı İvana Martinçiç olacaq.

Qeyd edək ki, Hollandiya - Almaniya matçı iyulun 21-də Bakı vaxtı ilə saat 20:15-də başlanacaq. Avropa çempionatına iyulun 30-da yekun vurulacaq. Xəyalə Əzizzadə daha öncə B qrupuda baş tutan Hollandiya - İtaliya oyununda yan xətt hakimi olub. 

 

 

 

 

 

 

 

Azərbaycanlı hakim Avropa çempionatının Hollandiya-Almaniya matçına təyinat alıb

 

 

"Report"

XƏBƏR LENTİ