"Qarabağ" reytinqimizi artırdı

Sayta qoyulub: 12:08 19.07.2018 (184 dəfə oxunub)

Avrokubokların birinci təsnifat mərhələsində ötən gün keçirilən oyunlardan sonra UEFA-nın reytinq cədvəlində müəyyən dəyişikliklər baş verib. Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniyanın "Olimpiya" klubu ilə heç-heçə edən "Qarabağ" Azərbaycanın aktivinə 0,125 xal yazdırıb. Ölkəmiz 23-cü pillədəki mövqeyini dəyişməyib. 17,250 xalı olan Azərbaycanı 16,750 xalla İsrail izləyir. 22-ci pillədə olan Serbiyanın da 17,250 xalı var.

XƏBƏR LENTİ