"Qarabağ"ın oyunlarının vaxtı açıqlandı

Sayta qoyulub: 11:56 19.07.2018 (247 dəfə oxunub)

 

"Qarabağ"ın oyunlarının vaxtı açıqlandı

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq. UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, artıq hər iki oyunun vaxtı açıqlanıb. Ağdam klubu ilk görüşünü səfərdə keçirəcək. Bu qarşılaşma iyulun 25-də olacaq və Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Bakıdakı cavab matçı isə avqustun 1-də keçiriləcək və 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb.

 

XƏBƏR LENTİ