Alisson tibbi müayinədən keçmək üçün İngiltərəyə gəldi

Sayta qoyulub: 08:07 19.07.2018 (173 dəfə oxunub)

Romanın qapıçısı Alison Beker tibbi müayinədən keçmək üçün İngiltərəyə gəlib.


25 yaşlı futbolçu bu gün mersisayd klubunda tibbi müayinədən keçəcəkvə 6 illik müqavilə imzalayacaq. Roma transferə görə bir qapıçı üçün rekord məbləğ -- 75 milyon avro götürəcək.


Braziliyalı futbolçu 2016-cı ildən Romada çıxış edir. İtalyanlar onu İnternasional klubundan 8 milyon avroya transfer ediblər.


 

XƏBƏR LENTİ