Əlcəzairli futbolçu: "Azərbaycan mənim üçün yeni təcrübə olacaq"

Sayta qoyulub: 11:49 18.07.2018 (204 dəfə oxunub)

“Menecerim “Zirə”nin mənimlə maraqlandığını deyəndə, Azərbaycanda oynayan bir neçə dostumla məsləhətləşdim. Onların müsbət rəyindən sonra bura gəlməyə qərar verdim”.

Bunu  “Zirə” klubunun yeni futbolçusu Bilal Hamdi Azərbaycana gəlişi barədə danışarkən deyib.

Qəsəbə təmsilçisi ilə 1 + 1 illik müqavilə bağlayan 27 yaşlı yarımmüdafiəçi Bakını çox bəyəndiyini söyləyib: “Azərbaycan müxtəlif mədəniyyətlərin birləşdiyi müasir müsəlman ölkəsidir. Təəssüratlarım çox gözəldir. Daha əvvəl “Zirə”də çıxış edən Ben Sanqare və hazırda “Qəbələ”nin formasını geyinən Stiven Monrozla yaxşı münasibətim var. Bura gəlməyi onlar tövsiyyə etdilər. Onlar Azərbaycanda futbolun inkişada olduğunu, çempionatın maraqlı keçdiyini söylədilər. Klubum rahatlığım üçün lazım olan hər şeyi edir. Özümü evimdəki kimi hiss edirəm”.

Əlcəzairli futbolçu bildirib ki, Azərbaycana gəlməkdə məqsədi karyerasında yüksəlişə nail olmaqdır: “Bura Kiprin “Alki” klubundan gəlmişəm. Karyeramda ikinci dəfə legioner həyatı yaşayacam. Mənim üçün yeni təcrübə olacaq. Əsasən yarımmüdafiənin sağ cinahında çıxış edirəm. Cəldliyim və sürətimlə “Zirə”yə faydalı olmağa çalışacağam”.

Qeyd edək ki, Fransanın “Lans” klubunun yetirməsi olan Hamdinin karyerasının əsas hissəsi bu ölkə ilə bağlıdır. O, daha əvvəl “Laval”, “Klermon”, “Brest”, “Sedan” və Kiprin “Alki” klublarında çıxış edib.

 

 

 

 

 

 

Əlcəzairli futbolçu: "Azərbaycan mənim üçün yeni təcrübə olacaq"

 

 

“Report”

XƏBƏR LENTİ