"Sabah" "Neftçi"nin keçmiş futbolçusunu transfer edir

Sayta qoyulub: 15:06 17.07.2018 (214 dəfə oxunub)

"Sabah" "Neftçi"nin keçmiş futbolçusunu transfer edir
 

“Neftçi”nin sabiq futbolçusu Erik Ramos karyerasını Azərbaycan klubunda davam etdirəcək. Yarımmüdafiəçi Premyer Liqanın debütantı "Sabah" klubu ilə anlaşıb. Artıq yarımmüdafiəçi ilə bütün detalları barədə razılıq əldə olunub. Son olaraq "Rubio Nu" klubunda çıxış edən 31 yaşlı oyunçu "Sabah"ın Türkiyədəki təlim-məşq düşərgəsinə qatılacaq. O, klubla 1 illik müqavilə imzalayacaq. Qeyd edək ki, Ramos 2012-16-cı illərdə "Neftçi"də çıxış edib və Avropa Liqasının qrup mərhələsində çıxış edib. Erik həmçinin, Paraqvayın əsas milli komandasının heyətində 5 oyun keçirib.

XƏBƏR LENTİ