Beyl Realda qalıb-qalmayacağı ilə bağlı qərarını verdi

Sayta qoyulub: 14:22 17.07.2018 (294 dəfə oxunub)

Realın futbolçusu Qaret Beyl Madrid klubunda qalmaq qərarına gəlib.

 

Məlumata görə xavbek dünən baş məşqçi Xulyen Lopategi ilə söhbət edib. Söhbət zamanı mütəxəssis Beylin istedadının vurğunu olduğunu söyləyib və onu yeni mövsümdə komandanın əsas üzvü kimi gördüyünü dilə gətirib.

 

Xatırladaq ki, yayılan məlumatlar Beylin komandadan getmək istədiyindən xəbər verirdi.

 Futbolçu ilə Mançester Yunayted yaxından maraqlanırdı.

XƏBƏR LENTİ