Elvin Yunuszadə "Keşlə" ilə müqavilə bağlayacaq

Sayta qoyulub: 13:23 17.07.2018 (181 dəfə oxunub)

Elvin Yunuszadə "Keşlə" ilə müqavilə bağlayacaq
 

Azərbaycan milli komandasının üzvü Elvin Yunuszadənin klubsuz günləri yaxın gələcəkdə başa çata bilər. “Qarabağ”dan ayrıldıqdan sonra hələ ki işsiz qalan oyunçu “Keşlə”nin heyətində görünə bilər. Əldə etdiyimiz məlumata görə, mərkəz müdafiəçisi dünən “Keşlə”nin məşqini meydançadan izləyib. Amma hələ ki o “Keşlə” ilə birgə məşq etməyib. Mənbəmiz bildirir ki, ciddi bir problem çıxmasa onunla sözləşmə imzalanacaq. Qeyd edək ki, bir müddət öncə Elvin Yunuszadənin “Keşlə”yə keçidi gündəmə gəlmişdi. Amma Yuri Maksimov bu transferdən imtina etmişdi. 

XƏBƏR LENTİ