"Keşlə"dən rəsmi Yuri Maksimov açıqlaması

Sayta qoyulub: 07:49 17.07.2018 (192 dəfə oxunub)

“Keşlə” klubu baş məşqçi Yuri Maksimovun istefası ilə bağlı rəsmi məlumat yayıb. Klubun rəsmi saytı vasitəsilə yayımlanan açıqlamada bunlar qeyd olunub:

“Keşlə” FK-nın rəhbərliyi əsas komandanın baş məşqçisi Yuri Maksimovla görüş keçirib və görüşdə tərəflər yolların ayrılması barədə ortaq razılığa gəliblər. “Keşlə” FK-nın rəhbərliyi ukraynalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayır”. Qeyd edək ki, Maksimov "Keşlə"yə ötən mövsüm Azərbaycan kubokunu qazandırıb.

XƏBƏR LENTİ