"Qarabağ"ın rəqibi bu gün gəlir

Sayta qoyulub: 13:23 16.07.2018 (174 dəfə oxunub)

 

"Qarabağ"ın rəqibi bu gün gəlir
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ”ın qonağı olacaq "Olimpiya”nın səfər proqramı açıqlanıb. Sloveniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, komanda iyulun 17-də səhər saatlarında çarter reysi ilə Bakıya yola düşəcək.
 

Lyublyana təmsilçisi cavab matçında tam heyətlə oynaya bilməyəcək. Uzun müddətdi zədədən əziyyət çəkən müdafiəçi Alyaz Krefl və yarımmüdafiəçi Nathan Oduva komandasına kömək edə bilməyəcək. Bundan başqa, ilk görüşdə qırmızı vərəqə alan hücumçu Abbas İssa səfər oyununa gəlməyəcək.

Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. "Qarabağ” ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

 

XƏBƏR LENTİ