Atletiko Qodinin əvəzinə türk müdafiəçini transfer edir

Sayta qoyulub: 10:31 16.07.2018 (352 dəfə oxunub)

Atletikonun müdafiəçisi Dieqo Qodinin Yuventusa keçmək ehtimalı böyükdür.

 

32 yaşlı futbolçunun Turin klubuna keçidi 25 milyon avroya reallaşa bilər.

 

Uruqvay millisinin müdafiəçisinin keçidi baş tutarsa Mehdi Benatiya İngiltərə və ya Fransaya yollanacaq.

 

Atletiko isə Qodinin əvəzinə Frayburqun futbolçusu Çağlar Söyüncünü transfer edəcək.

XƏBƏR LENTİ