Ronaldu "Yuventus"dan əvvəl "Napoli"yə keçməyi planlaşdırıb

Sayta qoyulub: 09:01 15.07.2018 (227 dəfə oxunub)

 İtaliyanın "Yuventus" klubunun yeni transferi olan Kriştianu Ronaldu Turin komandasından əvvəl "Napoli"yə keçməyi planlaşdırıb.

Bunu jurnalist Karlo Alvinoya istinadən "Football Italia" yazıb.

Bildirilir ki, portuqaliyalı hücumçu əvvəlcə Neapol klubuna keçmək fikrində olub, lakin komanda rəhbərliyi yüksək maliyyə xərcləri səbəbindən bu transferi həyata keçirməkdən imtina edib.

"Napoli"nin baş məşqçisi Karlo Ançelottidir. Ronaldu 2013-2015-ci illərdə "Real"da onun rəhbərliyi altında çıxış edib.

"Yuventus" portuqaliyalı üçün ehtiyat variant olub.

 

 

 

 

 

Ronaldu "Yuventus"dan əvvəl "Napoli"yə keçməyi planlaşdırıb

 

 

 

 

report.az

XƏBƏR LENTİ