Filip Koku Neymegenin incisini Fənərbağçaya gətirdi

Sayta qoyulub: 22:12 14.07.2018 (436 dəfə oxunub)

NEK komandasının yarımmüdafiəçisi Fərdi Kadioğlu Fənərbağçaya keçir. Futbolçuyla 4 illik müqavilə imzalanıb.  Transfermarktın məlumatına görə transferə İstanbul klubu 1,4 milyon avro xərcləyib.

 

Bundan əvvəl 18 yaşlı xavbeklə Vites maraqlanırdı. Lakin Arnemdə anadan olmasına baxmayaraq onun bu kluba keçidi baş tutmayıb. Nəticədə futbolçu atasının vətənində oynamağa üstünlük verib. Türkiyədə futbolçu Filipp Kokunun rəhbərliyi altında oynayacaq.

 

Xatırladaq ki, Fərdi peşəkar səviyyədə 16 yaşında debüt edib. İki mövsüm ərzində o, 70 oyunda 12 oql vurub və 16 məhsuldar ötürmə edib. May ayında isə Hollandiyanın gənclər yığmasında debüt edib.

XƏBƏR LENTİ