"Astana" daha bir sabiq "Qarabağ"lını heyətinə qatdı

Sayta qoyulub: 12:02 14.07.2018 (288 dəfə oxunub)

Qazaxıstanın “Astana” klubu ötən mövsüm “Qarabağ”da icarə əsasında çıxış edən Pedro Enrikeni keçidini rəsmi şəkildə açıqlamağa hazırlaşır. Artıq tərəflər bu keçiddə razılığa gəliblər. 28 yaşlı braziliyalı vinger bir ərzində "Astana"da icarə əsasında çıxış edəcək. "Astana" "Qarabağ"dan ayrılan millimizin üzvü Riçard Almeydanı da transfer etmişdi.

Qeyd edək ki, "Astana"nı “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.

XƏBƏR LENTİ