DÇ-2018: Final oyunu eyni ildə iki kubok qazanan 9-cu futbolçunu müəyyənləşdirəcək

Sayta qoyulub: 09:39 14.07.2018 (180 dəfə oxunub)

 Rusiyadakı dünya çempionatının finalı Fransa yığmasının müdafiəçisi Rafael Varan və Xorvatiya millisinin kapitanı Luka Modriç üçün xüsusi əhəmiyyət kəsb edəcək.

Bunlardan biri eyni ildə Çempionlar Liqasının qalibi və dünya çempionu titullarını qazanan 9-cu futbolçu olacaq. Hər iki oyunçu İspaniya "Real Madrid"ində çıxış edir.

Əvvəlki illərdən Almaniyanın 6, Fransa və Braziliyanın hərəyə 1 futbolçusu eyni ildə iki nüfuzlu kuboka yiyələnib:

1974: Zepp Mayer, Paul Braytner, Hans-Georq Şvartsenbek, Frants Bekkenbauer, Herd Müller Ulu Höness ("Bavariya" və Almaniya yığması)

1998: Kristian Karambö ("Real Madrid" və Fransa yığması)

2002: Roberto Karlos ("Real Madrid" və Braziliya yığması)

Qeyd edək ki, iyulun 15-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək Fransa - Xorvatiya matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

 

 

 

 

 

 

DÇ-2018: Final oyunu eyni ildə iki kubok qazanan 9-cu futbolçunu müəyyənləşdirəcək

 

 

"Report"

XƏBƏR LENTİ