"Zirə"dən ayrılan futbolçu Rumıniya klubunda

Sayta qoyulub: 14:17 13.07.2018 (175 dəfə oxunub)

"Zirə"dən ayrılan Riçard Qadzenin yeni klubu bəlli olub. Qanalı futbolçu karyerasını Rumıniyada davam etdirəcək. Hücumçu "Voluntari" klubu ilə münasibətlərini rəsmiləşdirib. 23 yaşlı hücumçunun yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Qeyd edək ki, Qadze "Zirə"yə Hindistanın "Delhi Dinamo" klubundan transfer olunub. O, "Qartallar"ın heyətində keçirdiyi 35 oyunda 10 qolla yadda qalıb.  

XƏBƏR LENTİ