Neymar PSJ-də qalsa... - Messi qədər qazanacaq

Sayta qoyulub: 13:05 13.07.2018 (233 dəfə oxunub)

Neymarı komandada saxlamaq istəyən PSJ rəhbərliyi futbolçunun məvacibini artırmağa hazırdır.


Paris klubu braziliyalı hücumçuya yeni müqavilə təklif etmək istəyir. Əgər 26 yaşlı forvard PSJ-də qalmağa razılıq versə, illik gəliri 50 milyon avro olacaq ki, bu da Lionel Messinin "Barselona"da qazandığı pula bərabərdir.


Qeyd edək ki, PSJ bundan əvvəl Braziliya millisinin həkimi Bruno Matsiottini də klubda işləməyə dəvət edib. Fransızlar hesab edirlər ki, bu yolla "Real"a keçidi gündəmdə olan Neymarı komandada saxlamaq mümkün olacaq.

 

 

 

 

Neymar PSJ-də qalsa... - Messi qədər qazanacaq

 

 

 

 

qol.az

XƏBƏR LENTİ