"Qarabağ" - "Olimpiya" matçının hakim təyinatları açıqlandı

Sayta qoyulub: 13:58 12.07.2018 (219 dəfə oxunub)

Çempionlar Liqasının 1-cici təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununa hakim təyinatları açıqlanıb. Saat 21:00-da başlayacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək:

 

Baş hakim: Erez Papir

Köməkçi hakimlər: David Elias Bitton, Eliyahu Casapu

Dördüncü hakim: David Fuxman (hamısı İsrail)

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

Hakim-inspektor: Sokol Jareçi (Albaniya)

 

Bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

XƏBƏR LENTİ