Barselona Eden Azarı İnyestaya əvəz görür

Sayta qoyulub: 08:52 12.07.2018 (322 dəfə oxunub)

Çelsinin yarımmüdafiəçisi Eden Azar növbəti ispan nəhənginin hədəfinə düşüb. 

 

Realdan sonra 27 yaşlı futbolçunu Barselona da heyətinə qatmaq istəyir.

 

Katalonlar onu Vissel Kobeyə yollanan Andres İnyestaya əvəz görür.

 

Barselona Antuan Qrizman üçün nəzərdə tutulmuş , lakin keçidi baş tutmamış 100 milyon avronu Eden Azar üçün xərcləməyə hazırdır.

 

Belçikalı futbolçudan sonra Barselonanın transfer siyahısında 2-ci yerdə Kristian Eriksendir. Lakin Tottenhem komandası danimarkalı futbolçunu satmaq fikrində deyil.

 

Xatırladaq ki, Azarın Çelsiylə müqaviləsi 2020-ci ilə qədərdir. Futbolçu sözləşməni uzatmayacağını bildirib.

XƏBƏR LENTİ