Uimbldonda sensasiya. Yarımfinalçılar məlum oldu

Sayta qoyulub: 21:52 11.07.2018 (124 dəfə oxunub)

Böyük Brtaniyanın paytaxtı Londonda Uimbldon tennis turniri davam edir. Bu gün kişilərin 1/4 final qarşılaşmaları keçirilb.

 

Sebiyalı Novak Cokoviç yapon Nişikorini 4 setdə məğlubiyyətə uğradıb. Eyni hesabla amerikalı Con İsner kanadalı Miloş Raoniçdən güclü olub.

 

Digər 2 1/4 final qarşılaşmaları daha gərgin alınıb. Turniri ən çox qazanan Rojer Federer Kevin Andersona 5 setdə məğlub olub. Sonuncu setdə Anderson 13-11 hesabı ilə qələbə qazanıb (2-6, 6-7, 7-5, 6-4, 13-11).

 

Hazırda reytinq cədvəlinə başçılıq edən Rafael Nadal da 5 set oynamaq məcburiyyətində qalıb. (7-5, 6-7, 4-6, 6-4,6-4)

 

Yarımfinalda İsner Andersonla, Cokoviç isə Nadalla qarşılaşacaq.


Uimbldonda sensasiya. Yarımfinalçılar məlum oldu

XƏBƏR LENTİ