L.Həmilton: “Sona qədər təslim olmayacam”

Sayta qoyulub: 14:28 11.07.2018 (178 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, təslim olmayacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, startda Fettel və Bottasın gerisində qalıb və daha sonra Rəykkönenlə təmas yaşayaraq sonuncu yerə düşüb. Lakin dördqat Dünya Çempionu sona qədər mübarizə apararaq, təhlükəsizlik maşınının da köməyi ilə yarışı ikinci yerdə bitirə bilib.

Lyuis Həmilton: “Mövsümün ən gözəl yarışları burada olur. Azarkeşlər də möhtəşəm idi. Onlara qələbə bəxş etmək istəsəm də, alınmadı. Amma təslim olmayacam. Komandam bu həftəsonu əla iş gördü və bizə güclü bolid verdilər. Hamı bizi yaxşı dəstəklədi. Heyif ki, işlər istədiyimiz kimi getmədi. Əlimizdən gələni etdik və növbəti yarışlarda onları qabaqlamaq istəyirik. Burada bizi dəstəkləyən hamıya təşəkkür etmək istəyirəm. Onlar üçün qalib gəlmək istəyirdim. Ümid edirəm ki, sonrakı yarışlarda onları xoşbəxt edərəm”.

XƏBƏR LENTİ