“Fiat” əməkdaşları Ronaldunun “Yuventus”a transferinə etiraz olaraq tətil elan ediblər

Sayta qoyulub: 14:25 11.07.2018 (157 dəfə oxunub)

 İtaliyanın “Fiat” avtomobil konserninin əməkdaşları Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun “Yuventus”a transferinə etiraz olaraq tətil elan ediblər.

Işçilər 33 yaşlı hücumçunun İspaniyanın “Real Madrid” klubundan alınması üçün ödənilən vəsaitin, eləcə də oyunçunun illik əmək haqqının qəbuledilməz olduğunu düşünürlər. 

“İşçilər kəməri bərk-bərk sıxdıqları halda, şirkət bir futbolçu üçün bu cür vəsait ödəyir. Əməkdaşlar az və yubanan maaşlara görə qənaət edir, amma kompaniya milyonlar xərcləyir. Bu, qəbuledilməzdir!” deyə onlar bildiriblər.

Qeyd edək ki, “Fiat” “Yuventus”un sahibi olan “Exor” holdinqinə daxildir. Turin klubu Ronaldunun transferi üçün 2 il ərzində “Real Madrid”ə 100 milyon avro ödəyəcək. 4 illik müqaviləyə qol çəkən futbolçunun illik maaşı isə 30 milyon avro olacaq.

 

 

“Fiat” əməkdaşları Ronaldunun “Yuventus”a transferinə etiraz olaraq tətil elan ediblər

 

 

“Report”

XƏBƏR LENTİ