Bahodir Nasimov yenidən Azərbaycan klubunda

Sayta qoyulub: 08:58 11.07.2018 (257 dəfə oxunub)

Azərbaycanı Avropa Liqasında təmsil etməyə hazırlaşan “Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt klubu özbəkistanlı hücumçu Bahodir Nasimovu transfer edib. Müqavil'nin detalları haqda məlumat yoxdur. 31 yaşlı oyunçu “Keşlə”də 11 nömrəli formanı geyəcək. Nasimovun adı Avropa Liqasının 1-ci mərhələsinin Malta “Baltsan”ı ilə oyunlar üçün sifariş ərizəsinə daxil edilib.

Qeyd edək ki, Nasimov 2011-2014-cü illər aralığında “Neftçi”də çıxış edib. O, “ağ qaralar”ın heyətndə 86 oyunda 38 qol vurub. Özbəkistan yığmasının sabiq forvardının son klubu isə ölkəsinin “Buxoro” komandası olub.

XƏBƏR LENTİ